"Azercell"in şöbə müdirinə "Ağıllı kabinet"in açarı təqdim edildi

1 Noyabr 2014 20:10 (UTC+04:00)
Media Consulting and Services agentliyinin rəhbəri Samir İsmayıl Azercell Telekomun  Korporativ Əlaqələr Şöbəsinin rəhbəri Nigae Şıxlınskyaya "Ağıllı kabinet"in yenilənmiş versiyasının açarını təqdim edib. Bu xəbər kabineti vasitəsilə bu gün artıq 200-ə yaxın mənbədən gələn məlumata 24/7 prinsipinə uyğun olaraq giriş alırsınız. Sizin abunə olduğunuz sektora aid məlumatlar açar sözlərə uyğun olaraq sistemə daxil olur. Sistemdə yer alan məlumatların mənbəyi və dərc olunma vaxtı göstərilir. Məlumatda yer alan açar sözlər proqram tərəfindən qırmızı şriftlərlə göstərilir. Açar sözlərin qırmızı şriftlərlə işarələnməsi Sizə məlumatın əhəmiyyətli hissəsini tez tapmaqda yardımçı olur. Ağıllı kabinetdə sektor üzrə yer alan məlumatları Siz ümumi və şirkətlər üzrə görə bilirsiniz. Bu məlumatları çeşidləmək, onu Word sənədinə köçürmək və eyni zamanda çap etmək imkanına sahibsiniz. Bundan əlavə bu kabinet vasitəsilə sektora aid ötən günlərin və ya ayın məlumatını axtarış sistemi vasitəsilə tapa bilərsiniz. Ağıllı kabinet həmçinin, dərc olunan məlumatların statistikasını mənbə, sektor və ya şirkət üzrə aparmaq imkanı verir. Bir aylıq məlumatların sayını hesablamaq üçün cəmi 1 dəqiqə vaxt tələb olunur. Proqram həmçinin məlumatların xarakter üzrə də hesablanmasına imkan verir. Aparılan bütün hesablamaları Excel proqramına eksport etmək, göndərmək və ya çap etmək mümkündür. Beləliklə, bütün hesabatlar "bir düymə" ilə hazır olur.