Bu günə olan hava proqnozu
2 Noyabr 2014 09:08 (UTC+04:00)
Movqe.az xəbər verir ki,Bakıda və Abşeron
yarımadasındabuludlu hava şəraitinin üstünlük təşkil
edəcəyi, arabir yağış yağacağı, gecəyə doğru yağıntılı olacağı
gözlənilir.
Şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, günün ikinci
yarısında 18-23 m/s, arabir 25-30 m/s olacağı, axşama doğru
yarımadanın bəzi yerlərində 33-35 m/s-dək güclənəcəyi
gözlənilir.
Temperatur gecə 8-10° isti, gündüz 10-13°, axşama doğru 5°-dək
isti, Bakıda gecə gecə 8-10° isti, gündüz 11-13°, axşama doğru
5°-dək isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa
yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındahavanın arabir
yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı
yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Qərb küləyi 5-10 m/s olacaq, arabir 15-20 m/s-dək güclənəcək.
Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 6-10°
isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarındahavanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı
var.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə
30-33 m/s-dək güclənəcək.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarındahavanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara
keçəcəyi ehtimalı var.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə
30-35 m/s-dək güclənəcək.
Temperaturun gecə 3-6° isti, gündüz 6-10° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarındahavanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı
var.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə
30-35 m/s-dək güclənəcək.
Temperaturun gecə 0-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 2-7°
şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarındahavanın arabir
yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s olacaq, ayrı-ayrı yerlərdə
30-35 m/s-dək güclənəcək.
Temperaturun gecə 4-9° isti, gündüz 8-13° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarındahavanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara
keçəcəyi ehtimalı var.
Şimal-şərq küləyi 5-10 m/s olacaq, arabir 25-30 m/s-dək
güclənəcək.
Temperaturun gecə 5-7° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5°
şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Hava şəraitinin kəskin dəyişməsi haqqında
xəbərdarlıq
Noyabrın ilk günlərində hava şəraitinin qeyri-sabit, əlverişsiz
keçəcəyi, havanın temperaturunun 2-si axşamdan başlayaraq kəskin
7-12° enəcəyi, ayın 2-si axşam və 3-4-də 4-6° isti olacağı
gözlənilir. Şimal-qərb küləyinin noyabrın 2-si günün ikinci
yarısından 3-ü axşamadək arabir 25-28 m/s, yarımadanın bəzi
yerlərində 30-34 m/s-dək şiddətlənəcəyi ehtimal olunur. Ayın 1-i
günün ikinci yarısında, 2-də arabir yağış yağacağı, 2-si axşamdan
5-dək fasilələrlə yağıntı olacağı gözlənilir.