Microsoft Windows 7-nin satışını dayandırdı

2 Noyabr 2014 10:00 (UTC+04:00)

Microsoft Windows 7 əməliyyat sisteminin satışını dayandırdı.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Microsoft-un kompüter və laptoplar üçün hazırladığı əməliyyat sistemi ömrünü başa vurdu. Bugündən etibarən istifadəçilər Windows 7-ni kompüterlərinə yükləyə bilməyəcəklər.

Ötən ay Windows 10 əməliyyat sistemini təqdim edən şirkət hələlik bu sitemi satışa çıxarmayıb. Ona görə də yeni kompüter alanlar Microsoftun o qədər də uğurlu olmayan Window 8 ilə kifayətlənməyə məcbur olacaq.

Qeyd edək ki, hazırda 600 milyona yaxın kompüterdə Windows 7 əməliyyat sistemindən istifadə olunur.