Məscidin qarşısnda bıçaqlandı

2 Noyabr 2014 11:07 (UTC+04:00)

Masallıda bıçaqlanma faktı qeydə alınıb.

Movqe.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Böyuk Kolatan kəndi ərazisindəki məscidin qarşısında baş verib. Kənd sakini Fərahim Aslanov şəxsi münaqişə zəminində həmkəndlisi, 21 yaşlı Şaiq Nəciyevə bıçaqla bədən xəsarəti yetirib. İki bıçaq zərbəsi alan S.Nəciyev dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasina çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.