İŞİD lideri təşvişə düşüb: Aramızda casus var

2 Noyabr 2014 12:09 (UTC+04:00)

İŞİD xəlifəsi Əbu Bəkr Əl Bağdadi əmirlərinə İraqdan olan heç kəsin üzvlüyə qəbul edilməməsi haqqında tapşırıq verib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Bağdadi İraq kəşfiyyaının aralarına casus yerləşdirərək "xilafəti" içindən dağıtmaq niyyətində olduğunu deyib. Onun fikrincə, son zamanlar mövqelərinin dəqiqliklə vurulması da aralarında olan casusların ötürdüyü məlumatlardan qaynaqlanır.

Xəlifə bundan sonra İŞİD-ə ancaq əcnəbi vətəndaşların qəbul edilməsini tapşırıb.