Boko Haram oğurladığı qızları ərə verib

2 Noyabr 2014 13:30 (UTC+04:00)

"Boko Haram" qruplaşması tərəfindən Nigeriyadan oğurlanan 300-ə yaxın məktəbli qız ərə verilib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın liderlərindən biri deyib. Onun sözlərinə görə, 6 ay əvvəl oğurlanmış xristian qızlar İslam dinini qəbul etdikdən sonra şəriət üsuluna uyğun olaraq evləndiriliblər.

Özünü Əbubəkər Şekau kimi təqdim edən şəxs qızların Qurandan iki ayə dedikdən sonra ər evinə göndərildiyini bildirib.

O həmçinin, qızların geri qaytarılması üçün Nigeriya hökumətinin yaydığı açıqlamanı da təkzib edib. Şekau deyib ki, "Boko Haram" heç vaxt hökumətlə danışıqlar aparmayıb və bundan sonra da belə bir niyyəti yoxdu.