Sumqayıta gələn əcnəbilər Ebola testindən keçirilir

2 Noyabr 2014 14:10 (UTC+04:00)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Sumqayıt şəhər Səhiyyə Şöbəsinə "Ebola" virusu ilə əlaqədar olaraq nəzarətin gücləndirilməsi ilə bağlı əmr daxil olub.

Movqe.az xəbər verir ki, bu barədə AzərTAc-a Sumqayıt şəhər Səhiyyə Şöbəsindən məlumat verilib. Qeyd edilib ki, şəhərə xaricdən gələn vətəndaşlar nəzarətə götürülür, xəstəliyin hansısa əlamətləri hiss olunarsa müayinələr aparılır.

Bildirilib ki, bu virusla bağlı Sumqayıtda narahatlıq doğuracaq heç bir hal qeydə alınmayıb.