Gecə klubuna basqın: 5 nəfəri qətlə yetirdilər
2 Noyabr 2014 16:10 (UTC+04:00)
Meksikanın Qerrero ştatının Akapulko kurort şəhərində naməlum
silahlı şəxslərin gecə klubuna hücumu nəticəsində 5 nəfər
ölüb.Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hücum
nəticəsində 4 kişi hadisə yerində ölüb, ağır yaralanan bir qadın
isə xəstəxanada keçinib. Şahidlərin sözlərinə görə, bara daxil olan
silahlı şəxslər müştəriləri gülləbaran ediblər.
Xatırladaq ki, sentyabrda Qerrero ştatının İquala şəhərində polis
və mülki silahlı şəxslər tələbələrin aksiyasını dağıdarkən silahsız
etirazçılara atəş açıb, nəticədə 6 nəfər ölüb, 43 tələbə isə
indiyədək itkin düşmüş hesab olunur.
Qeyd edək ki, ilin əvvəlindən bu vaxtadək Qerrero ştatında 1000-dən
çox insan qətlə yetirilib. Buna baxmayaraq, Akapulko kurort
şəhərinə hər il milyonlarla turist səfər edir.