Türkiyədə maşınınızı indi belə yoxlayacaqlar
2 Noyabr 2014 17:00 (UTC+04:00)
Türkiyənin ərazisinə daxil olan avtomobil nəqliyyatı vasitələri
nəzarət-buraxılış məntəqələrində (NBM) skan ediləcəklər.Movqe.az
Trend-ə istinadən xəbər verir ki, bu barədə "Anadolu"
agentliyi Türkiyənin gömrük və ticarət naziriNurəddin
Canıklıya istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, avtomobillərin yeni yoxlanış sistemi
NBM-nin işinin yaxşılaşdırılması məqsədilə tətbiq edilir.
Bu ilin may ayında Türkiyədə yük qatarlarının skan edilməsi sistemi
tətbiq edilib.
İlk dəfə göstərilən sistem İranla sərhəddə yerləşən Van vilayətində
tətbiq edilib.
Türkiyədə yük qatarlarının skan edilməsi sistemi il ərzində sınaq
rejimində çalışacaq.
Bir müddət əvvəl sabiq gömrük və ticarət naziriHəyati
Yazıçıbildirmişdi ki, yeni skan sisteminin dəyəri 3 milyon
avrodur və o, radioaktiv elementləri də aşkarlamağa qadirdir.
Bu ilin sonuna kimi Türkiyədə bəzi NBM-nin də modernləşdiriləcəyi
gözlənilir.
2013-cü ildə Türkiyədə səkkiz NBM modernləşdirilib ki, buna da
265,2 milyon türk lirəsi xərclənib.
Türkiyə ərazisində 22 NBM fəaliyyət göstərir.