Bir gecədə iki nəfər bıçaqlandı

2 Noyabr 2014 17:10 (UTC+04:00)
Gəncənin Poçt qəsəbəsi ərazisində baş verən qanlı insidentdə şəhər sakini 23 yaşlıRəşad Abdullayevqarın nahiyəsindən hələlik naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Movqe.Az Kəpəz TV-yə istinadən bildirir ki, baş verən digər bir cinayət hadisəsində isə 24 yaşlı şəhər sakiniMirdamət Seyfullayevdöş qəfəsindən bıçaqlanıb. Hər iki yaralı yaxınlarının köməyi Gəncə Şəhər TTYX-ya çatdırılıb. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.