Piyada "Jiquli"nin bəlasına gəldi

2 Noyabr 2014 18:02 (UTC+04:00)
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb.

Movqe.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə dünən, axşam saatlarında Gəncənin Nizami prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində qeydə alınıb. Yolu keçmək istəyən piyada həmin yolla hərəkətdə olan "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən ağır bədən xəsarətləri ilə Gəncə Şəhər TTYX-ya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.