"Barcelona" uduzaraq Madrid klublarını irəli buraxdı

2 Noyabr 2014 18:09 (UTC+04:00)

Ispaniya Primerosunun 10-cu turu sensassiya ilə davam edir.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ötən tur "El Clasico"da əzəli əibi "Real Madrid"ə məğlub olan "Barcelona" bu tur da uğursuzluq yaşayıb. "Nou Camp"da "Celta Vigo"nu qəbul edən katalonlar ardıcıl 2-ci məğlubiyyətlə barışmalı olublar. Matçda yeganə qolu yaxşı qurulmuş hücum sonrası Xoakin Larrivey Klaudio Bravonun qapısndan keçirib. Qolun vurulduğu epizodda məhsuldar ötürmənin müəllifi isə "Barca"nın yetiməsi hesab edilən Nolito olub.

Beləliklə, bu yenilgidən sonra "Barcelona" 3-cü pilləyə enməklə liderliyi Madrid "Real"ına təhvil verib. Paytaxtın digər təmsilçisi "Atletico" da xal ehtiyatını 23-ə çatdırmaqla "Barcelona"nı 1 xal qabaqlayıb.