Paytaxt klubunun çempionatda 2-ci məğlubiyyəti

2 Noyabr 2014 19:01 (UTC+04:00)

İtaliya A Seriyasında 10-cu tura noyabrın 4-də keçiriləcək 1 oyunla yekun vurulacaq. Movqe.az Goal.az-a istinadən xəbər verir ki , dünən keçirilən 3 oyunda maraqlı nəticələr qeydə alınıb. Turun mərkəzi oyunu Neapolda baş tutub. "San Paolo" stadionunda "Roma"nı qəbul edən "Napoli" 2 cavabsız qolla qalib gəlib. Rafa Benitezin komandası oyuna fəal başlayıb. Bunun məntiqi nəticəsi kimi hesab 3-cü dəqiqədə açılıb. Qonzalo Hiquain akrobatik zərbə ilə topu Morqan De Sanktiin qoruduğu qapıdan keçirib. Meydan sahiblər son on dəqiqədə yenidən fərqlənib. Bu dəfə Hiquainin asisstent kmi çıxış etdiyi hücumu Kallexon dəqiq zərbə ilə tamamlayıb.

Napoli2-0Roma

Hiquain (3)

Kallexon (85)


Bununla da, "Roma" A Seriyasının cari mövsümündə 2-ci məğlubiyyətini alıb. "Canavarlar" daha öncə "Juventus"a da səfərdə uduzmuşdu. Komanda, beləliklə də, cəmi 1 tur zirvə yarışında şərikli lider ola bildi.