Ad günü biabırçılığı: Müğənni Musa Musayevin burnunu qırdılar

2 Noyabr 2014 21:00 (UTC+04:00)
Tanınmış müğənniArzu Mələyin paytaxt restoranlarının birində ad günü mərasimi keçirilib.

Movqe.Az publika.az-a istinadən bildirir ki, mərasim sonda xoşagəlməz hadisə ilə başa çatıb.

Belə ki, tanınmış müğənniMusa MusayevNazəninin prodüseriPərvizin sözü çəp gəlib. Nəticədə tərəflər yumruq davasına çıxıblar. Bir-birini al-qana qərq edən müğənni və prodüseri zorla sakitləşdiriblər.

Davaya isə Nazəninin prodüserinin Musa Musayevi söyməsi səbəb olub.

MüğənniTəranə Qumralbir müddət sonra həyat yoldaşı Musa Musayevin Nazəninin prodüseri Pərvizlə əlbəyaxa davasından danışıb. Sənətçi publika.az-a açıqlamasında baş verənləri belə izah edib:

"Neçə vaxtdır bizimlə ədavət aparırlar. Bilmirəm, bölə bilmədikləri nələri var. Yalları artıq düşüb, yoxsa pulları? Nazəninin bir prodüseri var. Heç bilinmir ki, qadındır, yoxsa kişi. Özünü bilmirəm, nə yerə qoyub? Kimin çantasını daşıyırsan, get, daşı da. Bizimlə nə işin var? Öz İnstagram profilində nalayiq sözlər yazıb şəklimizn altına. Ağrımayan başımıza dəsmal bağlayırlar. Məclisdə oturmuşduq, Nazəninin podüseri Pərviz söyüş elədi, Musa da onu vurdu. Sonra ara qarışdı, o, bunu, bu da onu vurdu. Mən də Musanı götürüb gəldim evə".

Təranə Qumral bildirib ki, davada Musa Musayev burnundan xəsarət alıb:

"İstəsəm, bu dəqiqə təcili yardım çağıraram. Amma pislik etmək istəmirəm. İmkan vermirlər ki, rahat oturaq. Allah bunlara bildiyi kimi çəkdirsin. Nə istəyirlər bizdən? Musanın burnu partlayıb. Pərvizin xəsarətlərindən xəbərim yoxdur. Ümumiyyətlə, davaya qarışmadım, heç yaxın da durmadım. Hamı da gördü. Oturduğum yerdən tərpənmədim".

Aldığımız məlumata görə, tərəflər arasında əvvəllər də ədavət olub. "İnstagram" səhifəsində Nazəninin prodüseri Musa Musayevi təhqir edib.