Heydər Əliyev Mərkəzi yanır -YENİLƏNİB
20 İyul 2012 13:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Heydər
Əliyev Mərkəzində başlamış yanğının miqyası böyüyür. Yanğını
söndürmək üçün əraziyə 50-dən artıq yanğınsöndürmə briqadası gəlib.
Yanğın nəticəsində yaranan qatı tüstü şəhərin əksər yerlərindən
görünür. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi hadisə
yerindədir. İlkin məlumatlara görə, yanğın binanın dam örtüyündə başlayıb.
Alovun binanın dam örtüyünü tam əhatə etdiyi görünür.

![]()

Yanığının artıq söndürüldüyü görülür.
Hadisə ilə əlaqədar hansısa şəxsin
xəsarət almasına dair müracit hələ ki, daxil
olmayıb.
![]()