Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?

3 Noyabr 2014 09:30 (UTC+04:00)

Bu gün Bakıda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Movqe.az-a verilən məlumata görə, noyabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, arabir tutulacaq.Şimal-qərb küləyinin 18-23 m/s, gecə və səhər arabir 25-30 m/s olacağı, yarımadanın bəzi yerlərində 33-35 m/s-dək güclənəcəyi, axşama doğru 9-14 m/s-dək mülayimləşəcəyi gözlənilir.Havanın temperaturu gecə və gündüz 3-6 dərəcə isti, Bakıda gecə və gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.Azərbaycan rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var.Gündüz yağıntı tədricən kəsiləcək.Qərb küləyi 5-10 m/s olacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.Aran rayonlarında noyabrın 3-də yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək.Qərb küləyi 5-10 m/s olacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.Havanın temperaturunun gecə 3-6dərəcə isti, gündüz 6-11dərəcə isti olacağı gözlənilir.