Bakıda bəzi evləri su basıb

3 Noyabr 2014 09:55 (UTC+04:00)
Bakı şəhəri ərazisində intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolub.
Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a bildiriblər ki, hadisə ilə əlaqədar olaraq Nərimanov rayonu ərazisində evdən çıxması çətinləşmiş 5 nəfərə müvafiq köməklik göstərilib. Həmçinin, hadisə ilə əlaqədar olaraq Binəqədi rayonu ərazisində evdən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib.