Bakıda evlər su içində-FOTOLAR

3 Noyabr 2014 10:00 (UTC+04:00)
Keşlədə "Avromed"in mərkəzi ofisinin ətrafında olan bütün evlərdə acınacaqlı vəziyyət yaranıb. Məlumata görə, kollektorların suyu çəkmədiyi səbəbindən yağış suları evlərin içinə dolub. Jurnalist Məhəmmədəli Qəribli Facebook hesabında yazıb ki,  "mənim də atamgilin evi burdadır. Gecə saat 3-dən sonra bu vəziyyətdir. Yalnız yerli icra nümayəndəsindən başqa heç kim sakinlərin problemi ilə maraqlanmır. Sakinlər problemin yaranmasına başlıca səbəb kimi "Audi Center"in kollektorun üzərində özünə ofis tikməsini göstərir. Jurnalistlərdən xahiş edirəm ki, bu məsələni işıqlandırsınlar. Nizami Rayon İcra Hakimiyyəti bu məsələyə çox biganə yanaşır".Keşlədən fotoları təqdim edirik:Bakıya dünəndən bəri yağan yağış Keşlə qəsəbəsində evləri su altında qoyub. Movqe.az xəbər verir ki, qəsəbədə bütün evləri su basıb, həyətlər, mənzillərin içərisi gölə çevrilib. Qəsəbədə sanki yağış yağmayıb, sel-daşqın fəlakəti yaşanıb.