Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb

3 Noyabr 2014 10:30 (UTC+04:00)

Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlar törədib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb. Quba 5 saylı Yol İstismar İdarəsindən (Yİİ) APA-nın yerli bürosuna verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür. Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.