Sakit körpələrin sirri atadadır

20 İyul 2012 14:01 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ilk 3 ayı atalarıyla keçirən körpələr, daha xoşbəxt və sakit bir şəxsiyyətə sahib olur. Oxford Universitetində çıxış edən Doktor Paul Ramchandaniyə görə, ilk uşaqlıq dövründə davranış pozuğunluğu olan uşaqlar yetkinlik dövründə çətin psixoloji problemlərlə qarşı-qarşıya qalırlar.

Körpənin davranışının və inkişafının analardan asılı olduğunu bildirən Ramchandani, ataların da körpələr üzərində böyük rolu olduğunu vurğulayıb. 192 ailəylə aparılan araşdırmada, ana və ataların uşaqlarıyla necə zaman keçirdikləri qeyd edilib.

Uşaqların davranışları araşdırılarkən ailələr də psixoloji testdən keçirilib. Atalarıyla daha çox zaman keçirən oğlan uşaqlarının, atalarından uzaq olan uşaqlarla müqayisədə daha sakit və xoşbəxt olduğu müəyyən olunub.

Araşdırmalar görə, doğumdan sonrakı ilk 3 ay atalarıyla ünsiyyətdə olmayan oğlan uşaqlarıda 1 yaşdan sonra davranış problemləri görülməyə başlayır.

Tural QABİLOĞLU