İş axtaranların nəzərinə: 110 iş yeri üçün vakansiya - SİYAHI

3 Noyabr 2014 10:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu (ARTPİ) bir sıra vəzifələr üçün vakansiya elan edir.

Müsabiqədə iştirak etmək istəyənlər 20 noyabra qədər nəzərdə tutulan sənədləri- institutun direktoru adına ərizə; .elektron anket forması, kadrların şəxsi uçot vərəqi; xasiyyətnamə; .ali təhsil və elmi dərəcə ilə bağlı diplomların, elmi adla bağlı attestatın surəti; elmi əsərlərin siyahısı və əmək kitabçasının surətini inistituta təqdim etməlidir. 

İnistitutdan verilən açıqlamaya görə müsabiqədə yeni pedaqoji texnologiyalardan istifadə etməyi bacaran, təhsil siyasəti, təhsilin müasir tendensiyaları və təhsilin məzmunu ilə bağlı biliklərə, nəzəri və tətbiqi tədqiqatlar üzrə təcrübəyə, xarici dillər və İKT bacarıqlarına malik olan şəxslərə üstünlük verilir.

Elektron ərizə formasını linkindən yükləmək mümkündür. 

Müsabiqə ilə bağlı əlavə məlumatları (12)493-96-21, (12)493-82-71, (12)498-17-39 nömrəli telefonlar vasitəsi ilə almaq olar.

Sənədlər həftənin iş günləri saat 14:00-dan 18:00-dək 14 nömrəli otaqda qəbul olunur.

ANSPRESS boş vakaniya yerlərinin siyahısı təqdim edir

1. Katiblik üzrə:
Aparıcı elmi işçi – 1 yer
Böyük elmi işçi – 1 yer
2. Məktəbəqədər təhsilin kurikulumi şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Elmi işçi - 2 yer 
3. Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsi: 
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 5 yer
Aparıcı elmi işçi - 10 yer
Böyük elmi işçi – 8 yer 
Elmi işçi - 2 yer
4. Peşə ixtisas təhsili şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 4 yer 
Böyük elmi işçi – 4 yer 
Elmi işçi - 2 yer
5. Əlavə təhsilin kurikulumu şöbəsi:
Şöbə müdiri – 1 yer
Aparıcı elmi işçi – 2 yer
Elmi işçi - 1 yer
6. İnklüziv təhsilin kurikulumu şöbəsi:
Şöbə müdiri – 1 yer
Aparıcı elmi işçi - 1 yer
Böyük elmi işçi - 2 yer
7. Müəllim hazırlığının kurikulumu şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer
Böyük elmi işçi - 1 yer
8. Təhsil nəzəriyyəsi şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 2 yer
Aparıcı elmi işçi – 2 yer
Aparıcı elmi işçi (0,5 ş/v) - 2 yer
Böyük elmi işçi - 1 yer 
9. Təhsilin idarəolunması və iqtisadiyyatı şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer
Böyük elmi işçi - 2 yer 
Elmi işçi - 1 yer
10. Monitorinq və qiymətləndirmə şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 3 yer
Aparıcı elmi işçi - 4 yer
Böyük elmi işçi – 5 yer 
Elmi işçi – 3 yer 
11. Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsi:
Şöbə müdiri –1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer
Böyük elmi işçi - 1 yer
Elmi işçi - 1 yer
12. Elmi pedaqoji kadrların hazırlığı şöbəsi:
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 1 yer
13. Təhsil üzrə elmi tədqiqatların əlaqələndirilməsi şöbəsi:
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer 
14. Psixologiya və yaş fiziologiyası şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer 
Elmi işçi - 1 yer
15. İstedadlı uşaqlarla iş şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 1 yer
16. Kitabxana:
Aparıcı elmi işçi - 1 yer
Böyük elmi işçi - 1 yer