Prezidenti görmək istəyən əlini cibinə atmalıdır

3 Noyabr 2014 11:46 (UTC+04:00)

ABŞ prezidenti Barak Obamanın 9 noyabrda təşkil edəcəyi Asiya gəzintisində iştirak etməyin hər müxbirə 70 min dollara başa gəlməsi jurnalistləri qəzəbləndirib.

Movqe.az xəbər verir ki, gəzintiyə qatılmaq istəyən jurnalistlər təkcə təyyarəyə minmək üçün 60 min dollar ödəmək məcburiyyətində qalacaq. Çin, Myanma və Avstraliyada beş fərqli yerə gedəcək jurnalistlərin, yemək, otel və digər xərclər üçün də 10 min dollar ödəmələri lazım olacaq. İştirakın bahalı olması müraciət edən jurnalistlərin sayında da azalma yaşanmasına səbəb olub. 


Normalda 100 jurnalistin qatılması gözlənilən gəzintiyə yalnız 51 müraciət olub.