Azərbaycanda bir sıra obyektlərə istiliyin vaxtından tez verilməsi qərarı verildi-Özəl

3 Noyabr 2014 12:15 (UTC+04:00)
Azərbaycanda istilik təhcizatı qurumlarının qış vaxtına keçid tarixi noyabrın 15-dən olsa da, artıq "Azəristiliktəchizat" ASC bir sıra obyektlərə istiliyin verilməsinə bu gündən start verəcək. Bu barədə qurumun bu gün keçirilən iclasında qərar verilib. Qurumun Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Movqe.az-a açıqlamasında bildirib ki, bununla bağlı qurumda iclas keçirilib, havaların soyması ilə əlaqədar noyabr ayının 3-dən etibarən uşaq bağçaları, internat evləri, doğum evlərinə istiliyin verilməsi qərara alınıb.