Fatimə üçün Hindistanda həyəcanlı sınaq - FOTO

3 Noyabr 2014 14:55 (UTC+04:00)

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva Hindistanda keçirilən "Udbhav international Dance Carnival" festivalına qatılıb. Hazırda Hindistanda olan rəqqasə təəssüratlarını  Movqe.az-a bölüşüb: "Artıq bütün komanda heyətimizlə Hindistandayıq. Bizi burada çox yaxşı qarşıladılar. Bu gün festivalın açılışı olacaq. Bundan əlavə 6 qala konsert keçiriləcək. Açığını deyim Azərbaycan milli rəqslərinə xüsusi bir diqqət gördüm. Sözügedən festivalda Azərbaycandan savayı Rusiya, Qırğızıstan, Bolqarıstan və bir sıra ölkələrdən iştirakçılar qatılıb. Azərbaycanı yalnız mən təmsil edirəm. Çox məsuliyyətli bir işin altına girmişəm. Açığı çox həyəcanlı və sevincliyəm. İnanıram ki, yaxşı nəticə ilə Azərbaycana qayıdacam".