«Avtobuslarda gediş haqqı artırılmalıdır»

3 Noyabr 2014 14:27 (UTC+04:00)

İqtisadi ekspert Razi Abasbəylinin fikirincə, son zamanlar müzakirə edilən avtobuslarda gediş haqqı artımları həyata keçirilməlidir. Ekpsert hesab edir ki, bu sahədə islahatların həyata keçirilməsi üçün bunu mütləq etmək lazımdır. R.Abasbəyli açıqlamasında fikrini belə əsaslandırdı: 


- Bakı şəhərində daxili sərnişindaşınmada gediş haqqı artırılmalıdır. Faktiki olaraq bu gün metro üzrə sərnişindaşınma ilə yerüstü nəqliyyatdakı tariflər arasında fərq yoxdur. Hansı ki, avtobuslarla sərnişindaşınma üçün dövlət tərəfindən sahibkarlara heç bir dəstək göstərilmir. Metro üçün isə dövlət tərəfindən dotasiyalar var. Azərbaycanda benzin və dizel yanacağının qiymətinin bu ilin fevral ayının 14-də bahalaşmasından sonra nəqliyyatda gediş haqqı dəyişməyib. Hökumət inzibati yollarla sahibkarlara təzyiq edərək gediş haqqını artırılmasına imkan verməyib. Hansı ki, bu ilin 9 ayı üzrə infilyasiya göstəricilərində 7 faizə qədər artım baş verib. Sərnişindaşınma üzrə əhalinin şikayətləri isə gündən günə artır. Bu sahədə keyfiyyət hər gün pisləşir. Düşünürəm ki, hökumət gələn ildən yerüstü nəqliyyatda sərnişindaşınma üzrə qiymətlərin artırılmasına dair qərar qəbul etməlidir. Qiymət artımı da bu sahədə kardinal islahatların aparılmasına yönəlməlidir. Metro ilə avtobuslar üzrə sərnişindaşınmanın qiymətlərində fərq mütləq olmalıdır ki, bu sahədə sərnişin sıxlığını da azaltmaq mümkün olsun"