Nişanlısı onu aldatdığı üçün fahişələri öldürdü

3 Noyabr 2014 17:20 (UTC+04:00)

İngilis bankir Ruri Jutting Hong Kongda 2 fahişəni öldürməkdə təqsirləndirilir.

Movqe.az xəbər verir ki, dünyanın danışdığı cinayətlərlə əlaqədar bir də iddia ortaya atıldı. 

 Dəhşətli cinayətlərdən əvvəl işindən də istefa edən Cambridge universiteti məzunu Ruri Jutting özü üçün əyləncə hazırlayıb.

Dəhşətli cinayətlərdən ilkində Jesse Lorena Ruri adlı qadın boğazından bıçaqlanmış , digəri isə bir çamadanda doğranmış halda tapılıb.

29 yaşlı gəncin 10 noyabrda hakim qarşısına çıxması gözlənilir.