Sarkisyanın son həftəsi

3 Noyabr 2014 22:37 (UTC+04:00)
Noyabrın 17-də Ermənistan parlamentində bu ölkənin Avrasiya İttifaqına qoşulması ilə bağlı sənəd imzalanacaq. 

ANS PRESS-in məlumatına görə, bu tarix bir sıra erməni şərhçiləri tərəfindən Sarkisyanın hakimiyyətdən gedəcəyi gün kimi dəyərləndirilib. 

Belə fikirdə olan politoloqlardan biri Haykazn Qaqriyanın fikrincə, bu, parlamentdə sözügedən sənətin təsdiq edilməməsi ilə bağlı ola bilər. "Artıq yalnız ekspert səviyyəsində deyil, həm də rəsmi səviyyədə bildirirlər ki, Avrasiya İttifaqına daxil olmaq Ermənistan üçün fəlakətli nəticələr verəcək", - deyə politoloq sənədin parlamentdən keçməyəcəyini ehtimal edir. 

Onun fikrincə, sənəd qəbul edilməsə ölkədə daxili siyasi hadisələrin inkişafı növbədənkənar seçkilərə səbəb ola bilər. "Əgər parlamentin doğrudan da ağlı başındadırsa, o, bu sənədin təsdiqini təxirə salmalıdır. Əks halda, o, tarixə Ermənistanın dövlitçiliyini satmış milli məclis kimi düşəcək",- deyə Haykazn Qaqriyan vurğulayıb.