Həkim nəzarətində həyatla vidalaşdı

4 Noyabr 2014 11:22 (UTC+04:00)
Daha əvvəl ölməkdən imtina etdiyi açıqlanan 29 yaşındakı ABŞ-lı beyin xərçəng xəstəsi Britanny Maynardın, evində həkim nəzarətində evtanaziya etdirdiyi deyilib. Bundan əvvəl 1 noyabrda ölmək istədiyini açıqlayan Maynard, daha sonra bu qərarından imtina edərək sevdikləriylə keçirəcəyi gözəl bir gündə ölmək istədiyini söyləmişdi. Ölüm haqqını müdafiə edən "Compassion & Choices" adlı qrup, Maynardın sevdiyi insanların qolları arasında həyatını itirdiyini bildirib. Maynard, internetdə yayımladığı bir videoda xərçəngin həyatına necə təsir etdiyini anlamışdı.