Almaz Ələsgərli canlı efirdə qızlarından danışıb ağladı

4 Noyabr 2014 11:38 (UTC+04:00)

Əməkdar artist Almaz Ələsgərli "Düzünü desək" verilişinin qonağı olub

Gecce.az xəbər verir ki,verilişdə qonaq olan sənətçi qızlarından danışaraq ağlayıb.

 

"Ana olmaq çox çətindir.Qız anası olmaq ondan da çətindir.Cəmiyyətimizdə cəsarətli kişilərin sayı azalıb.Qızlarımın bu taleyi qaldı keçmişdə.Mən hər zaman onlara dəstək olmuşam.Heç bir ana istəməz ki,övladının taleyi belə olsun.Mən həyatda sınan qadın olmamışam.Hər zaman arzu və ümidlə yaşamışam.İnanıram,bir gün gələcək mən xoşbəxt ana olacam.İstəmərəm qızlarım mənim taleyimi yaşasın.Mənim çəkdiyim əziyyətləri çəksinlər.Onları xoşbəxt görmək istəyirəm.

 

Xatırladaq ki ,əməkdar artistin qızları Mədinə və Əminə ailə həyatı qurub daha sonra həyat yoldaşlarından ayrılıblar.