Cəsədləri satın alırlar!

4 Noyabr 2014 12:59 (UTC+04:00)

Çinli ailələr, başlarında dua edə bilmək üçün yaxınlarının basdırılmasını seçir. Çin hökuməti isə torpaqların kənd təsərrüfatı ərazisi və ya torpaq sahəsi olaraq istifadə edilməsi  üçün ölülərin yandırılmasına təşviq edir. 


Movqe.az xəbər verir ki, keçən iyun ayında ölkənin cənubunda olan Guangşi bölgəsindəki Beiliu şəhərinin bir sakini, babasının cəsədinin qəbiristanlıqdan oğurlandığını bildirmişdi. Polis iyulda Beiliuda soyadı Cong olan bir məzar oğrusunu nəzarətə alıb. 


Rəsmi Xinhua Xəbər Agentliyinə görə Jong gecələri ətraf kəndlərdəki qəbiristanlıqlardan 20-dən çox cəsəd oğurladığını etiraf edib. O,  oğurladığı cəsədləri daha sonra torbalara qoyub qonşu Guangdong bölgəsinə daşıdığını deyib. 


Cənazə islahatını tətbiq edən vəzifəli He və Dong soyadlı iki səlahiyyətlinin keçən həftə nəzarətə alındığı bildirilib. 


10 cəsəd satın alan Dongun hər cəsədə 489 dollar ödədiyi deyilib.


Çin mediasında cəsədlərin yandırılmasını nəzərdə tutan qaydaların qüvvəyə minməsindən əvvəl basdırılmaq istəyən bəzi insanların intihar etdiyi yazılmışdı. Bəzilərinin də sevdiklərini gizlicə basdırmağı seçdikləri yazılmışdı.