Dünyanın ilk ağıllı Çamadanı

4 Noyabr 2014 16:05 (UTC+04:00)

Ağıllı telefon, ağıllı qəhvə maşını olsa da, indi də ağıllı çamadan çıxarılıb.. 

Üzərində bir çox texnologiyanı saxlayan ağıllı çamadan, uzaqdan idarə edilə bilən quruluşu sayəsində istifadəçilərə təhlükəsiz səfərlər təqdim edəcək. 

Ağıllı çamadan, Android və iOS üzərində olan tətbiqi sayəsində ağıllı telefon vasitəsilə kilidlənə və açıla bilir. 

Təhlükəsiz quruluşuyla diqqət çəkən çamadandan çox uzaqlaşanda  çamadan özünü bağlayıb pis niyyətli insanların əlinə keçməsinə mane olur.


265 dollar qiymət etiketiylə satışa çıxan bu ağıllı çamadana sahib olmaq üçün 2015-ci ilin avqust ayına qədər gözləmək lazımdır.