"Aşura" günü 1060 litr qan tədarük olundu

4 Noyabr 2014 16:30 (UTC+04:00)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib.Aksiyalar Bakı şəhərində "Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Cümə", "Qaraçuxur", " Hacı Soltan-Əli" Keşlə qəsəbəsi məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran məscidində qanvermə aksiyaları keçirilib. Movqe.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, "Aşura günü" ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 4 min 43 nəfər könüllü olaraq qan veribr ki, nəticədə 1060 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır. Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk! Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.