Sabah şaxta olacaq

4 Noyabr 2014 19:27 (UTC+04:00)

Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında yağıntının səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olcağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  bildirib ki, şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sabah hava şəraitinin gündüz yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara zonasında isə yağıntılı olacaq. Qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə isə havanın temperaturunun gecə 10-15 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı gözlənilir.