İlham Əliyevdən yeni sərəncam
4 Noyabr 2014 21:43 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında"
qanunun tətbiqi barədə sərəncam imzalayıb.
ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata
görə, sərəncam oktyabrın 31-də imzalanıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların
və prezidentin aktlarının "Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna
uyğunlaşdırılması ilə bağlı təklifləri 3 ay müddətində hazırlayıb
prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində
təmin edib prezidentə məlumat vermək tapşırılıb.
Nazirlər Kabineti həmçinin mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5
ay müddətində dövlət başçısına məlumat verməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli
aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin
edib Nazirlər Kabinetinə məlumat verməlidir.
ANS PRESS Sərəncamı olduğu kimi təqdim
edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1038 IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və
Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.