Təmir işlərində zəmanət fırıldaqları

5 Noyabr 2014 10:15 (UTC+04:00)

Məlumdur ki, oktyabrın son günlərdə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxmışdı. Məktəbin dam örtüyü təmir olunsa da, ancaq noyabr ayının əvvəlində yenidən problemlər üzə çıxdı. Oxşar hallar yolların cari təmiri hallarında da baş verir. Xüsusi ilə güclü yağış, qar suları, külək aparılmış təmir işlərinin keyfiyyətsiz olduğunu üzə çıxarır. Bu isə əlavə xərc deməkdir. Bundan başqa, belə hallar təmir aparan şirkətlərin bilərəkdən, yaxud da bilməyərəkdən səriştəsizliyindən xəbər verir. Xarici praktikada belə halların qarşısının alınması üçün zəmanət amilindən istifadə olunur. Belə ki, təmir aparan şirkət işinə müəyyən dövr üçün zəmanət verir. Hətta fərdi evlərin təmir-tikintisi zamanı da bu şərtlər gözlənilir. Mütəxəssislərin sözlərinə görə, analoji anlaşma bizdə də mövcuddur. Sadəcə, buna çox diqqət etmirik.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı mövzu ilə bağlı maraqlı faktı bildirdi: "Tədqiqatlar göstərir ki, təmir-tikinti şirkətlərinin əksəriyyətin podratçı təşkilatın rəhbərliyində təmsil olunan ayrı-ayrı şəxslərə məxsusdur. O baxımdan cari təmir məsələlərində adətən belə öhdəlik, məsuliyyət məsələləri arxa plana keçir. Ancaq podratçı təşkilatla əsaslı və ya cari təmir işlərini həyata keçirməli olan təşkilat arasında müqavilə bağlayarkən bəndlərdə bu cür öhdəliklər göstərilir. Müqavilələlərdə bir qayda olaraq həmin müddəalar öz əksini tapır. Amma maraqlıdır ki, sonradan təmir işinin keyfiyyətsiz, müqavilə öhdəlikləri üzrə işlərin natamam aparılması kimi amillər ortaya çıxdıqda, zəmanət məsələsi aktuallaşmır. Əksinə, adətən müəyyən qədər əlavə vəsait hesabına problemin aradan qaldırılması məsələsi ortaya çıxmış olur. Ancaq müqavilədə göstərilən belə zəmanətə ciddi diqqət yetirilməlidir. Düşünməyək ki, belə ciddi diqqət etmək təmir xərclərini artıra bilər. Çünki, onsuz da bu gün təmir, tikinti-quraşdırma xərcləri kifayət qədər yüksək rəqəmlərlə ifadə olunur. Bu qərəmlərin bir qədər də artırılması xoşagəlməz mənzərə yaradardı. Ona görə də bu cür əlavə öhdəliklərin qoyulması həmin xərcləri artırmayacaq".

"Mülk" İctimai Assosasiyasının rəhbəri Dilarə Vəliyeva qeyd deir ki, belə öhdəliklərdən öncə gərək ilk növbədə tikinti şirkətləri işlərini yaxşı görsünlər: "Sosail binaları çıxsaq, ölkəmzidə yolların dağılmasında bəzən obyektiv səbəbləri olur. Çünki, Azərbaycan ərazisində yeraltı çaylar, sular çoxdur. Adətən yolların keyfiyyətinin aşağı olması bu amillə də bağlı ola bilir. Ancaq bütün hallarda belə öhdəliklər mütləq vacibdir. Halbuki, hazırda müqavilə bağlananda oxşar zəmanətlər yüngül forma da olsa, var. Sadəcə, ona riayət edilməlidir. Belə öhdəliklərə riayət olunsa, bu, təmir xərclərinin artırmasına təsir etməz. Heç təmir xərclərinin artırılması keyfiyyətin yaxşılaşdırılması da demək deyil. Amma hər dəfə təmirə ehtiyac yaranmaması üçün yaxşısı budur ki, texniki işçilər məsuliyyətlərini artırsınlar".