Bakıda bir ailənin 3 üzvü itkin düşüb

5 Noyabr 2014 10:45 (UTC+04:00)
Bakının Sabunçu rayonunda bir ailənin 3 nəfər üzvü itkin düşüb. Movqe.az-ın məlumatına görə, itkin düşənlər iki bacı - 28 yaşlı Mirkərimova Mürgilə, 25 yaşlı Kərimova Məsməbəyim Miryəhya qızı və sonuncunun oğlu 2 yaşlı Kərimli Nəcəf Kərim oğludur. Sabunçu rayon polis idarəsi 13-cü polis bölməsindən verilən məlumata görə, həmin şəxslər 6 sentyabr 2014-cü il tarixində təxminən saat 12 radələrində yaşadıqları Sabunçu rayonu Bakıxanov qəsəbəsi İnşaatçılar küçəsi ev 4-dən çıxıb və bir daha geri qayıtmayıblar.