Dünyanı gəzmək üçün, keçmiş sevgilisiylə eyni adda qız axtarır

5 Noyabr 2014 11:18 (UTC+04:00)

Kanadalı gənc, pulunu çoxdan ödədiyi dünya turu boşa getməsin deyə, keçmiş sevgilisiylə eyni adda Kanadalı qadın tapmaq üçün elan verib. 

27 yaşındakı Jordan Axani, sevgilisiylə 3 həftəlik dünya turuna çıxmağı planlaşdırırdı. Lakin çox təəssüf ki, tətil vaxtı gəlmədən, cütlük əlaqəsinə son verib. Tətil üçün oteldən təyyarə biletinə qədər bütün ödənişləri edən gənc bunların boşa getməməsi üçün, keçmiş sevgilisiylə eyni adda birini tapmağa qərar verib. "Kanadalı, adı Elizabeth Gallagher" olan bir qadını axtardığını söyləyən Jordan sayəsində, bu adı daşıyan şanslı qız Paris, Bangkok və Yeni Dehli kimi bir çox yeri, heç bir ödəniş ödəmədən gəzə biləcək.


Səfərin istiqaməti belə olacaq: 


21 dekabr: Nyu Yorkdan Milana 

  28 dekabr: Praqadan Parisə 

  29 dekabr: Parisdən Banqkoka 

  7 Yanvar: Bangkokdan Yeni Dehliyə 

  8 Yanvar: Yeni Dehlidən Torontoya