Quranı təhqir edən ər-arvadın aqibəti

5 Noyabr 2014 11:41 (UTC+04:00)

Pakistanda Quranı təhqir etdikləri iddia edilən Xristian ər-arvad, kütlənin qəzəbinə tuş gəlib.. Polis, cütlüyün cəsədlərinin çalışdıqları kərpic ocağında yandırıldığını açıqlayıb. Movqe.az xəbər verir ki, hadisədən sonra bəzi ali səviyyə polis səlahiyyətliləri və nazirlərin bölgəyə getdiyi açıqlanıb. Şəhərdə Xristian məhəllələrində təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilir. 

Keçən ay da 2010-cu ildə dini təhqir edən Asia Bibi adlı qadının edam olunduğu deyilib.