ShellShock virusu təhlükə saçır

5 Noyabr 2014 12:36 (UTC+04:00)

ShellShockun ikinci dalğası ən çox Tayvan, Almaniya, Amerika Birləşmiş Ştatları və Kanadaya təsir edib.


Movqe.az xəbər verir ki, ShellShock təhlükəsizlik zəifliiyi bir müddət əvvəl Linux, Unix, bəzi Windows server, Mac əməliyyat sistemi, Android platforması və hətta Obyektlərin İnternet üzrə əlaqəli cihazlarına təsir etmişdi. Trend Micronun yeni kəşfinə görə fərqli üsullarla yenidən ortaya çıxan ShellShockun ikinci dalğası e-poçtların çatdırılmasını təmin edən SMTP serverlərini hədəf alır. 


Kompüter quldurları ShellShocku aktiv hala gətirən kodlar ehtiva edən e-poçtlar göndərərək Müdafiəsiz SMTP serverləri üzərində isə IRC Bot adı verilən kiçik proqramın işlədilməsinə səbəb olurlar. Trend Micronun tutduğu hücumda isə "JST Perl IrcBot" adı verilən program olduğu deyilib.