Yeni dərs ilinin uzadılması ilə bağlı təzə xəbər
5 Noyabr 2014 12:24 (UTC+04:00)
Yeni dərs ilinin uzadılması bu tədris ilinə
aid deyil. Bu barədə Movqe.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən
məlumat verilib. Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq
dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi
Nizamnaməsi"nə dəyişiklik edib. Dəyişikliyə əsasən ümumtəhsil
məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də
başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15
sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun
tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər . 5 gün payız
tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai
siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.
Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin
əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya
digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində
dəyişikliklər edilə bilər.Qeyd edək ki, indiyə qədər ümumtəhsil
məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də
başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr - 29 dekabr
və 6 yanvar - 31 may olmaqla iki yarımilə bölünüb. Dərs ili ərzində
6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5
yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6
günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib. Yaranmış
şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə
razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilib