Bu rayonlarda qaz olmayacaq

5 Noyabr 2014 12:40 (UTC+04:00)

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 18:00-dək Qazax, işlər başa çatanadək isə Xəzər, Siyəzən və Füzuli rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.