Bakıda 12 nəfər ölüm ağuşunda
5 Noyabr 2014 14:21 (UTC+04:00)
Havaların soyuması ilə əlaqədar dəm qazı xofu
yenidən artmaqda davam edir.
ANS PRESS-in məlumatına görə, ötən gün ərzində
Bakıda dəm qazından 12 nəfər zəhərlənib.
Zəhərlənmə faktları paytaxtın müxtəlif
ərazilərində qeydə alınıb. Dəm qazından zəhərlənənlərin əksəriyyəti
azyaşlıdır. Zəhərlənənlər xəstəxanalara yerləşdirilib. Onlardan
üçünün vəziyyəti daha ağırdır.
Hadisələrin əksəriyyəti paytaxtdakı həyət
evlərində qeydə alınıb.
Qeyd edək ki, oktyabr ayından havaların soyuq
keçməsi səbəbindən başlayaraq paytaxtda dəm qazından
zəhərlənənlərin sayında artım müşahidə olunub. Fövqəladə Hallar
Nazirliyindən bildirilir ki, hər il qış mövsümünün gəlişilə bağlı
qurum tərəfindən müxtəlif maarifləndirmə işləri aparılır. Əhaliyə
"mavi yanacaq"dan istifadə ilə bağlı yaddaş kitabçaları paylanır.
İctimai yerlərdə plakat şəklində maarifləndirici məlumatlar
vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici
reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları
mənzillərdə yoxlamalar həyata keçirirlər.
Bundan başqa sobaların tüstü borularının bayıra
çıxışı yoxlanılır. Suyu qazla qızdırılan duş və vanna otaqlarında
nəfəsliklərin olması yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə
texniki baxışdan keçirilir. Havatəmizləyici bacalar və borularda
dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar olarsa, dərhal
onun aradan qladırılması istiqamətində tədbirlər görülür.