Müğənnidən etiraf: "Adım Xatun deyil"

5 Noyabr 2014 15:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Günə Baxan" verilişində qonaq olan  müğənni Xatun açıqlaması ilə hər kəsi təəccübləndirib. Sənətçi bildirib: "Adım Xatun yox, Nərgizdir. Nərgiz adı utanılacaq ad deyil. Çox yaxşı addır. Sadəcə olaraq mən səhnəyə gələndə, şou-biznesdə Nərgiz adı ilə tanınan çox idi. Prodüserim Rəhmanla məsləhətləşib, tamaşaçının yadında qalmaq üçün "Xatun" adını özümə götürdüm. Bu cür hallar xarici şou-biznesdə də var. Xatun adı mənə yaraşdı və mənə uğur gətirdi. Hətta adımı öz övladlarına verənlər də var".