Süd yolundakı müəmmalı obyekt nə olub?

6 Noyabr 2014 09:59 (UTC+04:00)

Alimlər bizim qalaktikada yerləşən müəmmalı obyektin nə olduğunu müəyyən edə biliblər. 

Astronomlar uzun illərdir ki, bizim qalaktika- Süd yolunda aşkar edilmiş qeyri-adi fenomen ilə maraqlanıblar. Söhbət qalaktikamızın mərkəzində qara deşiyə tərəf istiqamətlənən nəhəng damcıdan gedir. Amma, deyəsən, bu böyük müəmmanın sirri açılıb.

Nəticələri bu həftə dərc edilmiş yeni tədqiqat bu müəmmalı fenomenin nə olduğuna aydınlıq gətirib.

Qeyd edək ki, ötən il keçirilən tədqiqatlar zamanı müəyyən olunub ki, G2 adlı qəribə obyekt qara deşik istiqamətində hərəkət edib. Amma qəribə də olsa, astronomlar iki obyektin qarşılıqlı fəaliyyətinin tam başqa bir görüntüsünün şahidi olublar.

Əvvəllər alimlər güman edirdilər ki, G2 nəhəng damcısı çox böyük miqdarda qaz- hidrogendən ibarətdir, ölçüsü isə Yer planetindən üç dəfə böyükdür. Buna baxmayaraq, tədqiqat prosesində məlum olub ki, bu, qara deşik ətrafında dövr edən bir cüt böyük ulduzdur. Nəhayət, bu ulduzlar bir-birilə toqquşub və bir nəhəng ulduz əmələ gətirib.