Şumaxer heç vaxt sağalmayacaq – Şok

5 Noyabr 2014 20:30 (UTC+04:00)

"Formula-1" pilotu Mixael Şumaxerin səhhəti ilə bağlı şok açıqlama yayılıb.Movqe.az xəbər verir ki, pilotla uzun illər işləyən, "Ferrari" komandasının həkimlərindən olan Harri Harşteyn verdiyi açıqlamasında Şumaxerin qəzadan əvvəlki vəziyyətinə qayıda bilməyəcəyini söyləyib. "Yenidən danışa biləcəkmi? Yeriyə biləcəkmi? Yardım olmadan yemək yeyə və geyinə biləcəkmi? Həkimlər bunu bilmir. Heç kim də bilmir. Əsl həqiqət isə Şumaxerin qəzadan əvvəlki insan ola bilməyəcəyidir", - Harşteyn deyib. Xatırladaq ki, alman əsilli pilot dekabrın 29-da Fransanın Meribel şəhərində xizək sürərkən yıxılaraq, kəllə-beyin travması almış və koma vəziyyətinə düşmüşdü. İlk günlərdə beynindən 2 əməliyyat keçirən "Formula-1" çempionunun bədən temperaturu sonradan 35 dərəcəyədək düşürülüb.