Eldar Mahmudov Nazarbayevlə görüşdü

5 Noyabr 2014 17:21 (UTC+04:00)

Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. Movqe.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, görüş MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 37-ci iclası çərçivəsində baş tutub.

İştirakçı ölkə nümayəndələrinin də qatıldığı görüşdə Nazarbayev bildirib ki, dünyada terror təşkilatlarının fəallaşdığı bir dövrdə xüsusi xidmət orqanlarının koordinasiyası çox vacibdir. Prezidentin sözlərinə görə, dünya iqtisadiyyatı ilə bağlı yeni çağırışlar və böhranların yarandığı vaxtda ilk olaraq daxili xarakter daşıyan tədbirlər görmək lazımdır.