Rusiyada məsçidin divarına faşist simvolikası vurdular

5 Noyabr 2014 17:25 (UTC+04:00)

Rusiyanın İvanova şəhərində naməlum şəxlər məsçidin daş hasarına qara boya ilə faşist simvolikası olan svastika çəkiblər. Bu, İvanovada məscidə qarşı ilk belə hadisə deyil. 2013-cü ilin yayında məsçidin divarlarına nasist şüarları yazılıb və svastika çəkilib. Bundan əlavə məsçidin hasarına donuz başı asılıb.