Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 120 minlik ziyanı ödətdirib

5 Noyabr 2014 17:45 (UTC+04:00)

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində "Grand Motors" MMC-nin vəzifəli şəxsi ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluqdan movqe.az saytına verilən məlumata görə, cəmiyyətin vəzifəli şəxsi Samir İbadullayev Bakı şəhər sakininin lizinq yolu ilə aldığı avtomaşınlar üçün 176 min 450 manat məbləğində ödədiyi vəsaitin 120 min 150 manatını ələ keçirib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. İstintaq dövründə dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.