Daha 4 komanda 1/8 finala çıxdı

6 Noyabr 2014 09:45 (UTC+04:00)

Noyabrın 5-də UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

E qrupunda "Bavariya" (Almaniya) Münhendə "Roma"nı (İtaliya) 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb

F qrupunda isə PSJ (Fransa) evdə "Apoel"i (Kipr) 1:0, "Barselona" (İspaniya) səfərdə "Ayaks"ı (Hollandiya) 2:0 yenərək 1/8 finala adlayıblar.

Səfərdə "Atletik"i (İspaniya) 2:0 hesabı ilə udan "Portu" isə (Portuqaliya) H qrupundan növbəti mərhələyə bileti təmin edib.

D qrupundan Dortmund "Borussiya"sı, B qrupundan Madrid "Real"ı 1/8 finala çıxmağa srağagün nail olmuşdular.