MSK seçkiyə qatılan 8-ci partiyanı qeydə alıb

6 Noyabr 2014 09:49 (UTC+04:00)

Noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Movqe.az bildirir ki, bələdiyyə seçkilərinə indiyədək Demokratik İslahatlar, Sosial Demokrat, Böyük Quruluş, Ana Vətən, Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi və Ümid partiyaları da qatılıb.

118 seçki dairəsini əhatə edən seçkilərdə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. Seçki Məcəlləsinə görə, bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına pulsuz efir vaxtı ayrılır.